“Kapital Bank” “Gəncə Kart Mərkəzi” filialını açıb

“Kapital Bank” “Gəncə Kart Mərkəzi” filialını açıb Bakı. 22 fevral. REPORT.AZ/ “Kapital Bank” ASC Gəncə şəhəri üzrə yeni “Gəncə Kart Mərkəzi” filialının açılışını edib. 
Maliyyə
22 Fevral , 2018 12:39
“Kapital Bank” “Gəncə Kart Mərkəzi” filialını açıb

Bakı. 22 fevral. REPORT.AZ/ “Kapital Bank” ASC Gəncə şəhəri üzrə yeni “Gəncə Kart Mərkəzi” filialının açılışını edib. 

Bu barədə “Report”a bankdan bildirilib. 

Məlumata görə, ölkənin maliyyə bazarında yenilik hesab edilən kart mərkəzləri layihəsi, fərqli lakin daha müasir və rahat bank xidmətlərini müştərilərinə təqdim edir.

Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti 101 A ünvanında yerləşən “Gəncə Kart Mərkəzi” filialı müştərilərə kartların verilməsi və bir sıra bank əməliyyatlarını (hüquqi və fiziki şəxslərə hesabların açılması, əmanətlərin cəlb edilməsi, hesablaşma-kassa xidmətləri, pul vəsaitlərinin və ödəniş vasitələrinin köçürülməsi, müxtəlif növ kreditlər üzrə xidmətlərin göstərilməsi) həyata keçirəcək. 

Qeyd edək ki, ötən il ilk dəfə olaraq “Nərimanov Kart Mərkəzi” filialı istifadəyə verilib. 

Müştərilər yeni “Gəncə Kart Mərkəzi” filialında daha öncə Gəncə və Kəpəz filiallarında xidmət olunan sosial, əmək haqqı, pensiya və digər layihələr üzrə kartlarını əldə edə biləcəklər.

“Nəticədə filialların iş yükü azalacaq və müştərilər minimum vaxt sərf edərək digər əməliyyatlar həyata keçirə biləcəklər. Bununla yanaşı yaxın gələcəkdə ölkə üzrə digər Kart Mərkəzlərinin də açılması planlaşdırılır”,- bankın açıqlamasında deyilir.

Xatırladaq ki, “Kapital Bank” filial şəbəkəsinin transformasiyası istiqamətində müəyyən tədbirlər həyata keçirməkdə davam edir. Sözügedən layihə artıq 3 ildir davam edir. Bu dövr ərzində bir çox filial müasir tələblərə uyğun təmir edilərək, müştərilərin ixtiyarına verilir. 2018-ci ildə layihə çərçivəsində yeni “Bravo 2”, "Şimal filialları açılıb, Füzuli filialı yeni ünvana köçürülüb. Bankın yenilənmiş filiallarında vahid korporativ interyer dizayn standartları tətbiq edilib və bu proses hazırda davam etməkdədir. Bundan əlavə cari ildə bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank", 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək olar.

Son xəbərlər

Orphus sistemi