"Kapital Bank" filiallarının fəaliyyətində birhəftəlik fasilə ola bilər

"Kapital Bank" filiallarının fəaliyyətində birhəftəlik fasilə ola bilər Bu, filiallarda yeni əməliyyat sisteminin tətbiqinə başlanması ilə bağlıdır
Maliyyə
1724
30 Mart , 2016 15:24
Kapital Bank filiallarının fəaliyyətində birhəftəlik fasilə ola bilər

Bakı. 30 mart. REPORT.AZ / “Kapital Bank” ASC müştərilərə yüksək və operativ xidmət göstərmək məqsədilə filiallarda yeni əməliyyat sisteminin tətbiqinə start verib. Bu barədə “Report”a Bankın mətbuat xidmətindən məlumat verilib.

Sözügedən əməliyyat sistemi müştərilərə göstərilən xidmət müddətini minimuma endirmək və digər bank əməliyyatlarının daha sürətli həyata keçirilməsinə xidmət edəcək.

"Bununla əlaqədar 1 həftə ərzində Bankın filiallarının fəaliyyətində fasilələr istisna olunmur. Sistemin yeniləmə işləri başa çatdıqdan sonra Bank əvvəlki iş rejimində fəaliyyətini davam etdirəcək. Müştərilərin yaranmış vəziyyəti anlayışla qarşılamaları və kredit ödənişlərini ödəniş terminalları və ya bankın internet səhifəsi vasitəsilə həyata keçirmələri xahiş olunur", - deyə Bankdan bildirilib.

Xatırladaq ki, son iki il ərzində Bank müştərilərə göstərilən xidmət səviyyəsinin artırılması məqsədilə bir çox tədbirlər həyata keçirib. Buna misal kimi filialların yenilənməsini, növbəlilik sistemlərinin qurulmasını, ödəniş terminalları və ATM saylarının artırılmasını, 7/24 xidmət məntəqələrinin fəaliyyətə başlamasını göstərmək olar.

Son xəbərlər

Orphus sistemi