"Kapital Bank" dollar əmanətlərini ucuzlaşdırıb

"Kapital Bank" dollar əmanətlərini ucuzlaşdırıb Bankın Azərbaycan manatı və avro ilə əmanət qəbulu şərtlərində isə dəyişiklik olmayıb
Maliyyə
19 Noyabr , 2016 17:48
Kapital Bank dollar əmanətlərini ucuzlaşdırıb

Bakı. 19 noyabr. REPORT.AZ/ "Kapital Bank" ASC müştərilərdən ABŞ dolları ilə qəbul etdiyi əmanətlərin illik faiz dərəcəsini azaldıb. Bu barədə "Report"a Bankdan bildirilib.

Məlumata görə, hazırda "Kapital Bank"da dollarla 1 il müddətinə yerləşdirilən əmanətlərə görə faizlərin aylıq və yaxud müddətin sonunda götürülməsindən asılı olaraq 0,4-0,5% dividend ödənilir. İndiyə qədər bu göstərici 1-1,2% olub.

Bankın Azərbaycan manatı və avro ilə əmanət qəbulu şərtlərində isə dəyişiklik olmayıb.

Xatırladaq ki, "Kapital Bank" 2004-cü ildə, Birləşmiş Universal Səhmdar Bankının ("BUS Bank") bazasında yaradılıb. "PAŞA Holdinq" MMC-yə daxil olan Bankın nizamnamə kapitalı 185,85 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 12,39 manat olan 15 mln. səhm əsasında formalaşıb. Səhmlərin 99,87%-i adı çəkilən holdinqə, 0,13%-i isə təxminən 175 fiziki şəxsə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi