“Kapital Bank” bütün təqaüdçülərə endirimli kredit təklif edir

“Kapital Bank” bütün təqaüdçülərə endirimli kredit təklif edir
Maliyyə
5 Noyabr , 2018 12:58
“Kapital Bank” bütün təqaüdçülərə endirimli kredit təklif edir

Bakı. 5 noyabr. REPORT.AZ/ “Kapital Bank” ASC təqaüdçülər üçün endirimli nağd pul krediti təklif edir. Artıq istənilən kartla təqaüd alan şəxslər, nağd pul kreditini illik faiz dərəcəsi 20%-dən başlayan şərtlərlə əldə edə bilərlər.

Aksiya çərçivəsində kredit götürənlərə üstəlik BirKart hədiyyə olunacaq. Şərtlərə əsasən kredit zaminsiz verilə bilər. Aksiya 30 noyabr 2018-ci il tarixədək keçirilir.

Qeyd edək ki, “Kapital Bank”da “Gündəlik tələbat krediti”nin məbləği 300 – 20 000 manat təşkil edir, müddəti isə 3 aydan 48 ayadək rəsmiləşdirilə bilər. Ümumi kredit şərtləri barədə ətraflı – www.kapitalbank.az/loans/cash?hl=az .

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 95 filialı və 9 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək olar.