"Kapital Bank" BOKT yaradıb

"Kapital Bank" BOKT yaradıb Yeni maliyyə qurumu bankın kart məhsulunun adını daşıyır
Maliyyə
14 May , 2018 09:20
Kapital Bank BOKT yaradıb
Report
0 : 00
0 : 00

Bakı. 14 may. REPORT.AZ/ Bu ay Azərbaycanda daha 2 bank olmayan kredit təşkilatı (BOKT) yaradılıb.

Bu barədə "Report" Vergilər Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, nazirlik mayın 3-də "Birkart" MMC BOKT-u dövlət qeydiyyatına alıb. "Kapital Bank" ASC-yə məxsus kart məhsulu ilə eyni adı daşıyan yeni maliyyə qurumu elə Bankla eyni hüquqi ünvanda - Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, 71-də qeydiyyatdan keçib. Onun nizamnamə kapitalı BOKT-lar üçün müəyyən edilmiş minimum tələbdən 66,7% çox - 500 min manat, qanuni təmsilçisi isə Fərid Rəfail oğlu Kərimovdur.

Mayın 8-də isə "Solis Kapital" MMC BOKT dövlət qeydiyyatına alınıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, 44 ("Caspian Plaza" biznes mərkəzi), nizamnamə kapitalı 300 min manat, qanuni təmsilçisi isə Nazim Əziz oğlu Kərimovdur. 

Son xəbərlər

Orphus sistemi