Bakı. 3 noyabr. REPORT.AZ/ "Kapital Bank" ASC "BirKart" məhsulu üzrə tərəfdaşların siyahısını genişləndirməkdə davam edir. Artıq ölkə üzrə 1 000-ə yaxın ticarət/xidmət mərkəzlərində "BirKart"ın taksit funksiyasından istifadə etmək olar.
"Report" bu barədə Bankın məlumatına istinadən xəbər verir.
Qeyd edək ki, tərəfdaşların siyahısı
"BirKart"ın rəsmiləşdirilməsi üçün maaş və ya pensiya kartı, həmçinin şəxsiyyət vəsiqəsi tələb olunur. "Visa Classic", "Visa Gold" və "Visa Platinum" əsasında olan "BirKart" 36 ay müddətə verilir, balansındakı məbləğ isə müştərinin aylıq gəlirindən asılı olaraq 10 000 manatadək ola bilər. Kartdan nağdsız xərclənən məbləği, 40 günədək faizsiz güzəşt müddəti ilə, Bankın partnyor şəbəkəsində xərclənən məbləği isə 2-12 və 18 ay müddətə taksitlə ödəmək olar.
"BirKart"dan məbləğin həmçinin bankomatlarından nağd çıxarılması da mümkündür. "BirKart"dan kredit qismində xərclənən vəsait məvacib, təqaüd və ya müştərinin mədaxil etdiyi məbləğdən silinə bilər. Bundan başqa, "BirKart"a müştərinin yerləşdirdiyi şəxsi pul vəsaitinə kartın növündən asılı olaraq, illik 3%-dək əmanət faizi hesablanır. Nağdsız ödənişlər etdikdə isə "BirKart"ın balansına müəyyən bonuslar yığılır və bu bonusları pula çevirmək mümkündür.