“Kapital Bank”a aidiyyəti olan şəxslərin sayı 63% artıb

“Kapital Bank”a aidiyyəti olan şəxslərin sayı 63% artıb Bu il iyulun 1-nə “Kapital Bank” ASC-də aidiyyəti olan 836 fiziki və hüquqi şəxs olub.
Maliyyə
9 Sentyabr , 2019 10:02
“Kapital Bank”a aidiyyəti olan şəxslərin sayı 63% artıb

Bu il iyulun 1-nə “Kapital Bank” ASC-də aidiyyəti olan 836 fiziki və hüquqi şəxs olub.

“Report” bu barədə Bankın idarəetmə hesabatına istinadən xəbər verir.

Məlumata görə, bu, ötən il iyulun 1-i ilə müqayisədə 62,65% çoxdur.

Son 1 ildə “Kapital Bank”a aidiyyəti olan fiziki şəxslərin sayı 63,9% artaraq 785-ə, hüquqi şəxslərin sayı isə 45,7% artaraq 51-ə çatıb.

Banka aidiyyəti olan şəxslər dedikdə kredit təşkilatının inzibatçıları və onların yaxın qohumları, struktur bölmələrinin rəhbərləri və onların yaxın qohumları və s. şəxslər nəzərdə tutulur.

Xatırladaq ki, "Kapital Bank" 2004-cü ildə, Birləşmiş Universal Səhmdar Bankının ("BUS Bank") bazasında yaradılıb. Onun nizamnamə kapitalı 225,85 milyon manatdır. Bankın səhmlərinin 99,88%-i daxil olduğu “PAŞA Holdinq” MMC-yə, 0,12%-i isə 188 fiziki şəxsə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi