"Kapital Bank" 3 valyutalı "Visa Trio” kartlarını istifadəyə verib

"Kapital Bank" 3 valyutalı "Visa Trio” kartlarını istifadəyə verib Artıq müştərilər AZN, USD və EUR valyutasında olan “Visa” kartlarını birləşdirərək “Visa Trio” kartlarından istifadə edə bilərlər
Maliyyə
11 Sentyabr , 2017 17:58
Kapital Bank 3 valyutalı Visa Trio” kartlarını istifadəyə verib
Report

Bakı. 11 sentyabr. REPORT.AZ/ “Kapital Bank” ASC müştərilərə 3 valyutaya malik “Visa Trio Gold”, “Visa Trio Platinum” və “Visa Trio Infinite” kartlarını təklif edir. Artıq müştərilər AZN, USD və EUR valyutasında olan “Visa” kartlarını birləşdirərək “Visa Trio” kartlarından istifadə edə bilərlər.

“Report” bu barədə Banka istinadən xəbər verir.

Kartın hər üç hesabını bir PİN-kod vasitəsilə idarə etmək mümkündür. Kartları müəyyən miqdarda məbləği hesaba əlavə etməklə pulsuz əldə etmək olar. Ödəniş kartları avtomatik olaraq "Mobil banking"  və "İnternet banking", "SMS-info", həmçinin "SMS-Banking" xidmətlərinə pulsuz qoşulur. "3D Secure" təhlükəsizlik xidmətlərinə qoşulmaq üçün isə "Kapital Bank"ın 196 Sorğu Mərkəzinə müraciət etmək lazımdır.

"Visa Trio Gold" kartını həmçinin 1 000 manat ilkin mədaxil etməklə pulsuz əldə etmək olar. Bundan başqa, kartın hər 3 hesabı arasında komissiya olmadan "Card to Card" əməliyyatını etmək mümkündür.

Qeyd edək ki, hazırda dövriyyədə "Kapital Bank"ın 3 milyona yaxın ödəniş kartı, ölkə üzrə 600-dək bankomatı, 9 000-dək POS-terminalı var.

Son xəbərlər

Orphus sistemi