"Kapital Bank" 2018-ci ilin III rübünün maliyyə nəticələrini elan edib

"Kapital Bank" 2018-ci ilin III rübünün maliyyə nəticələrini elan edib Bakı. 11 oktyabr. REPORT.AZ/ Kapital Bankın aktivləri 1 okttyabr 2018-ci il tarixinə 3,5 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 1,4 milyard manat olub.
Maliyyə
11 Oktyabr , 2018 14:20
Kapital Bank 2018-ci ilin III rübünün maliyyə nəticələrini elan edib

Bakı. 11 oktyabr. REPORT.AZ/ "Kapital Bank"ın aktivləri 1 okttyabr 2018-ci il tarixinə 3,5 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 1,4 milyard manat olub.

Bankda müştəri depozitlərinin həcmi 1 sentyabr 2018-ci il tarixinə 2,7 milyard manat olub. Əhalinin əmanətlərinin həcmi isə 1 milyard manat təşkil edib ki, hesabat dövrünün əvvəli ilə müqayisədə bu göstərici 235 milyon manat çoxdur.

Bankın 1 sentyabr 2018-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 295,3 milyon manat, adi və imtiyazlı səhmlər isə 205,8 milyon manat təşkil edir.

Qeyd edək ki, "Kapital Bank" Moody's və Standard & Poor's beynəlxalq reytinq Agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Son xəbərlər

Orphus sistemi