"Kapital Bank" 2018-ci ili 93 mln. manatdan artıq xalis mənfəətlə başa vurmağı proqnozlaşdırır

"Kapital Bank" 2018-ci ili 93 mln. manatdan artıq xalis mənfəətlə başa vurmağı proqnozlaşdırır Bakı. 27 iyul. REPORT.AZ/ Kapital Bank ASC 2018-ci ilin yekununda faz gəlirlərinin 272,37 mln. manat, faiz xərclərinin 80,452 mln. manat, qeyri-faiz gəlirlərinin 115,011 mln. manat, qeyri-faiz xərclərinin isə 158,272 mln. manat olacağını proqnozlaşdırır.
Maliyyə
27 İyul , 2018 17:23
Kapital Bank 2018-ci ili 93 mln. manatdan artıq xalis mənfəətlə başa vurmağı proqnozlaşdırır
0 : 00
0 : 00

Bakı. 27 iyul. REPORT.AZ/ "Kapital Bank" ASC 2018-ci ilin yekununda faz gəlirlərinin 272,37 mln. manat, faiz xərclərinin 80,452 mln. manat, qeyri-faiz gəlirlərinin 115,011 mln. manat, qeyri-faiz xərclərinin isə 158,272 mln. manat olacağını proqnozlaşdırır.

Bu barədə "Report" Maliyyə Bazarlarına Nəzarət Palatası yanında Məlumatların Elektron Açıqlanması Sisteminə istinadən xəbər verir.

Bankın proqnozlarına əsasən, bu il onun xalis əməliyyat mənfəəti 148,657 mln. manat olacaq ki, bunun da 30,751 mln. manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına, 24,785 mln. manatı isə mənfəət vergisinin ödənilməsinə yönəldiləcək.

Son nəticədə "Kapital Bank" bu ili 93,121 mln. manat xalis mənfəətlə başa vurmalıdır.

Son xəbərlər

Orphus sistemi