Kandis Makdeyqan: AİB - Naxçıvan əməkdaşlığının geniş perspektivləri var

Kandis Makdeyqan: AİB - Naxçıvan əməkdaşlığının geniş perspektivləri var Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov AİB-in Azərbaycandakı Daimi Nümayəndəliyinin ölkə üzrə yeni direktoru xanım Kandis Makdeyqan ilə görüşüb
Maliyyə
6 May , 2021 03:07
Kandis Makdeyqan: AİB - Naxçıvan əməkdaşlığının geniş perspektivləri var

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Asiya İnkişaf Bankının (AİB) Azərbaycandakı Daimi Nümayəndəliyinin ölkə üzrə yeni direktoru xanım Kandis Makdeyqan ilə görüşüb.

Bu barədə “Report” muxtar respublikanın Ali Məclisinin mətbuat xidmətinə istinadən xəbər verir.

Qyd edilir ki, Ali Məclisin sədri qonağı yeni vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, Asiya İnkişaf Bankı ilə muxtar respublika arasındakı əməkdaşlığı diqqətə çatdırıb. V.Talıbov Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Janqın muxtar respublikaya səfərini xatırladıb. Muxtar respublikada aqrar sahədə görülən işlərdən bəhs edən V.Talıbov təqdim olunan yeni layihələrin bu baxımdan əhəmiyyətini qeyd edib.

Ali Məclisin sədri qonağın Naxçıvana səfərindən məmnunluğunu bildirib.

Asiya İnkişaf Bankının ölkə üzrə direktoru xanım Kandis Makdeyqan Ali Məclisin sədrinə səmimi qəbula görə minnətdarlıq edib. Naxçıvan Muxtar Respublikasına ilk səfərinin layihələrlə tanışlıq məqsədi daşıdığını qeyd edən qonaq əməkdaşlığın geniş perspektivləri olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi