IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi tender keçirir

Maliyyə
  • 15 noyabr, 2021
  • 11:57
IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi tender keçirir

İqtisadiyyat Nazirliyinin IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi internet səhifəsinin, loqo və korporativ kimliyinin hazırlanması üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 50 manatdır.

İddiaçılar ilkin sənədləri dekabrın 3-ü, saat 16:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə dekabrın 13-2, saat 16:00-a qədər dövlət satınalmalarının vahid internet Portalı vasitəsi ilə təqdim edə bilərlər.

Tenderin nəticəsi dekabrın 14-də, saat 16:00-da Portalda açıqlanacaq.

44 filmi