ITFC Azərbaycanda aqrar məhsulların yetişdirilməsini maliyyələşdirə bilər

ITFC Azərbaycanda aqrar məhsulların yetişdirilməsini maliyyələşdirə bilər İslam İnkişaf Bankının törəmə qurumu olan Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyası (ITFC) Azərbaycanda kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə, eləcə də bu məhsulların ölkəyə idxalına maliyyə dəstəyi göstərə bilər.
Maliyyə
19 Oktyabr , 2022 15:26
ITFC Azərbaycanda aqrar məhsulların yetişdirilməsini maliyyələşdirə bilər

İslam İnkişaf Bankının törəmə qurumu olan Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyası (ITFC) Azərbaycanda kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə, eləcə də bu məhsulların ölkəyə idxalına maliyyə dəstəyi göstərə bilər.

"Report"un "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinə istinadən verdiyi xəbərə görə, bu məsələ Korporasiyanın nümayəndələri ilə keçirilmiş görüşdə müzakirə olunub.

Görüşdə həmçinin Azərbaycanda ticarətin maliyyələşdirilməsi, kiçik və orta biznesə dəstək imkanlarının genişləndirilməsi və digər potensial əməkdaşlıq sahələrinə dair müzakirələr aparılıb. Müzakirələr çərçivəsində, illik ticarətin maliyyələşdirilməsi üzrə 6,5-7 milyard ABŞ dolları dəyərində dövriyyəyə malik ITFC-nin bir müddət öncə yerli banklarla əməkdaşlıq etdiyi, hazırda bank sisteminin inkişaf tempini nəzərə alaraq əməkdaşlıq əlaqələrini genişləndirmək niyyətində olduğu bildirilib.

ABA-nın icraçı direktoru Yunus Abdulov isə Azərbaycanın bank sistemi haqqında məlumat verib, daha sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.

ABA-nı 1990-cı ildə kommersiya bankları təsis edib. Əsas məqsəd üzv-təşkilatları təmsil etmək, onların müxtəlif işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdir. Hazırda 25 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

Son xəbərlər

Orphus sistemi