"İstehlak Mallarının Ekspertizası Mərkəzi"nin mənfəəti 18% azalıb

"İstehlak Mallarının Ekspertizası Mərkəzi"nin mənfəəti 18% azalıb İqtisadiyyat Nazirliyinə məxsus şirkət 2020-ci ili 1,203 milyon manat mənfəətlə başa vurub
Maliyyə
20 Aprel , 2021 09:35
İstehlak Mallarının Ekspertizası Mərkəzinin mənfəəti 18% azalıb

İqtisadiyyat Nazirliyinə məxsus "İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC 2020-ci ili 1,203 milyon manat mənfəətlə başa vurub.

"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 18,4% azdır.

Ötən il "İstehlak Mallarının Ekspertizası Mərkəzi" 4,603 milyon manat gəlir əldə edib ki, bu da illik müqayisədə 5,4% çoxdur. Bunun hamısı əvvəlki il olduğu kimi əməliyyat gəlirləridir.

Hesabat dövründə qurumun xərcləri isə 17,5% artaraq 3,4 milyon manat, o cümlədən işçi heyəti üzrə xərcləri 42,9% artaraq 3,092 milyon manat, amortizasiya xərcləri 2,1 dəfə azalaraq 59 min manat, digər əməliyyat xərcləri 48,7% azalaraq 117 min manat, sair əməliyyat xərcləri isə 2,8 dəfə azalaraq 132 min manat təşkil edib.

Xatırladaq ki, “İstehlak Mallarının Ekspertizası Mərkəzi” 2007-ci ildə, 1 000 manat nizamnamə kapitalı ilə yaradılıb. Şirkətin əsas fəaliyyət istiqaməti malların mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizaların keçirilməsi və nəticələrini təsdiq edən sənədlərin verilməsidir.

Son xəbərlər

Orphus sistemi