"İsmayıl Kredit İttifaqı" ötən ili mənfəətlə başa vurub

Maliyyə
  • 19 aprel, 2023
  • 08:31
İsmayıl Kredit İttifaqı ötən ili mənfəətlə başa vurub

"İsmayıl Kredit İttifaqı" MMC 2022-ci ili 1 min manat xalis mənfəətlə başa vurub. Halbuki, kredit ittifaqı 2021-ci ildən 6 min manat xalis zərərlə çıxmışdı.

"Report" xəbər verir ki, bu il yanvarın 1-nə "İsmayıl Kredit İttifaqı"nın həm aktivləri, həm də balans kapitalı 184 min manat olub ki, bu da illik müqayisədə 20,3 % çoxdur.

Aktivlərin 174 min manatı müştərilərə verilmiş kreditlərdir.

Kredit təşkilatının öhdəlikləri yox dərəcəsindədir.

Xatırladaq ki, "İsmayıl Kredit İttifaqı" 2009-cu ildə yaradılıb, Lənkəranda fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 179 min manatdır.

44 filmi