“İşgüzar Kredit İttifaqı"nın zərəri 31 % artıb

Maliyyə
  • 26 may, 2023
  • 05:14
“İşgüzar Kredit İttifaqının zərəri 31 % artıb

“İşgüzar Kredit İttifaqı” MMC 2022-ci ili 5 min manat zərərlə başa vurub.

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə təxminən 31 % çoxdur.

Bu il yanvarın 1-nə “İşgüzar Kredit İttifaqı”nın aktivləri, eyni zamanda balans kapitalı 50 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 16 % azdır. Kredit təşkilatının öhdəlikləri yoxdur.

Xatırladaq ki, “İşgüzar Kredit İttifaqı” 2010-ci ildə yaradılıb, Bakıda fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 4 min manatdır.

44 filmi