İSB vətəndaşların sığorta şəhadətnamalərini onlayn alması üçün yenilik tətbiq edib

İSB vətəndaşların sığorta şəhadətnamalərini onlayn alması üçün yenilik tətbiq edib İcbari Sığorta Bürosu (İSB) vətəndaşların sığorta şəhadətnamələrini onlayn alması üçün büronun rəsmi veb səhifəsinə əlavə funksiya əlavə edib.
Maliyyə
2 Fevral , 2023 12:49
İSB vətəndaşların sığorta şəhadətnamalərini onlayn alması üçün yenilik tətbiq edib

İcbari Sığorta Bürosu (İSB) vətəndaşların sığorta şəhadətnamələrini onlayn alması üçün büronun rəsmi veb səhifəsinə əlavə funksiya əlavə edib.

"Report" büroya istinadən xəbər verir ki, vətəndaşlar İcbari Sığorta Bürosunun rəsmi veb səhifəsinə (https://isb.az/) daxil olmaqla, seçdiyi sığorta şirkətinin loqosunun üzərində yerləşdirilmiş “Online al” düyməsinə klik edərək sığorta şəhadətnaməsini ala bilərlər.

Beləliklə, şirkətlərin rəsmi veb səhifələrində əlaqədar bölmənin axtarılmasına ehtiyac olmadan onlayn rejimdə rahatlıqla sığorta təminatının əldə edilməsi mümkün hala gətirilib.

Bununla yanaşı, vətəndaşların sığorta müqaviləsini əldə etmək üçün sığorta şirkətlərinin bütün filiallarına və vasitəçilərə də müraciət etmək imkanı qalmaqdadır.

Xatırladaq ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta müqavilələrinin bağlanması ilə bağlı qanunvericiliyə əsasən bu növ üzrə icbari sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq icazəsi olan sığorta şirkətləri avtomobillərin icbari sığorta edilməsi ilə bağlı onlara edilən müraciətlərə cavab olaraq avtomobilləri sığortalamaqdan imtina etmək hüququna malik deyildir.

Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 23.3-cü maddəsinə əsasən, sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz. Qeyd edilən məsələ ilə bağlı sığortaçılar tərəfindən imtina halları baş verdiyi təqdirdə vətəndaşlar maliyyə bazarlarına nəzarət funksiyasını həyata keçirən Mərkəzi Bankının 966 qaynar xəttinə zəng vurmaqla və ya yazılı şəkildə müraciət etməklə öz şikayətlərini bildirə bilərlər.

Son xəbərlər

Orphus sistemi