İSB “Standard Insurance”in kreditorlarına ödəniş etməyə başlayıb

İSB “Standard Insurance”in kreditorlarına ödəniş etməyə başlayıb İcbari Sığorta Bürosu (İSB) müflis elan edilmiş “Standard Insurance” Sığorta Şirkəti ASC-nin təxminən 1 000 kreditoruna kompensasiya ödəyib.
Maliyyə
18 Sentyabr , 2020 12:02
İSB “Standard Insurance”in kreditorlarına ödəniş etməyə başlayıb

İcbari Sığorta Bürosu (İSB) müflis elan edilmiş “Standard Insurance” Sığorta Şirkəti ASC-nin təxminən 1 000 kreditoruna kompensasiya ödəyib. 

Bu barədə “Report”a Bürodan bildirilib. 

Məlumatda deyilir ki, maliyyə qurumunun müflis elan olunması ilə bağlı Bakı Kommersiya Məhkəməsinin qərarı sentyabrın 14-də qüvvəyə minib. İSB qanunvericiliyə uyğun olaraq sığorta şirkəti ilə bağlanmış icbari sığorta müqavilələri üzrə öhdəlikləri yerinə yetirməyə başlayıb və bir gün ərzində təxminən 800 min manat ödəniş edib. 

Azərbaycan Mərkəzi Bankının təyin etdiyi müvəqqəti inzibatçı ilə birlikdə dəyərləndirmələrə öncədən başlanması ödənişlərin sürətlə həyata keçirilməsinə zəmin yaradıb. Son müqavilə tarixinə qədər baş verməsi ehtimal edilən hadisələrlə birlikdə təqribən 4 min hadisə üzrə ödənişin həyata keçirilməsi gözlənilir. 

Bu, İSB-nin fəaliyyət dövründə II haldır. 2017-2018-ci illərdə Büro müflis elan edilmiş "Alfa Sığorta" ASC-nin təxminən 180 kreditoruna 311 min manat kompensasiya ödəyib.

Son xəbərlər

Orphus sistemi