İRİA: İdarə olunan aktivlərin məbləği 15 milyon dollara çatdırılacaq

İRİA: İdarə olunan aktivlərin məbləği 15 milyon dollara çatdırılacaq Azərbaycanda yaxın vaxtlarda üçüncü vençur fondu yaradılacaq.
Maliyyə
13 Dekabr , 2024 16:50
İRİA: İdarə olunan aktivlərin məbləği 15 milyon dollara çatdırılacaq
Ağahüseyn Əhmədov

Azərbaycanda yaxın vaxtlarda üçüncü vençur fondu yaradılacaq.

“Report” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İnvestisiyalar və ekosistemə dəstək şöbəsinin müdiri Ağahüseyn Əhmədov qurumun illik fəaliyyət hesabatına həsr olunmuş tədbirdə deyib.

“Bu ilin oktyabr ayında Bakıda keçirilən "InMerge Innovation Summit" çərçivəsində bir neçə tərəfdaşla birlikdə "InMerge Ventures" fondunun yaradılmasını elan etdik. Lakin bununla kifayətlənmək niyyətində deyilik. İki fond kifayət etmir, daha çoxuna ehtiyac var. Bu məqsədlə "White Hill Capital" şirkəti ilə əməkdaşlığa başlamışıq və yaxın zamanda üçüncü fondun yaradılmasını elan edəcəyik. Hədəfimiz idarə olunan aktivlərin məbləğini 15 milyon ABŞ dollarına çatdırmaqdır”, - deyə A. Əhmədov bildirib.

Xatırladaq ki, ilk “Caucasus Ventures” adlanan vençur fondu 2022-ci ildə yaradılıb. Fondun nizamnamə kapitalı 11,3 milyon manat təşkil edir. İkinci vençur fondunun kapitalı 4 milyon ABŞ dolları təşkil edir.

Son xəbərlər

Orphus sistemi