İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının ilk iclası olub

İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının ilk iclası olub İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının (MŞ) ilk iclası keçirilib.
Maliyyə
11 Mart , 2022 14:56
İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının ilk iclası olub

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının (MŞ) ilk iclası keçirilib.

Bu barədə "Report"a Agentlikdən bildirilib.

Məlumata görə, MŞ-nın sədri, iqtisadiyyat nazirinin müşaviri Səməd Bəşirlinin sədrliyi ilə baş tutan iclasda Agentliyin İdarə Heyətinin sədri vəzifəsini icra edən Elşad Nuriyev və Şuranın üzvləri iştirak ediblər.

İclasda diqqətə çatdırılıb ki, Agentlik ölkədəki sənaye parklarının, sənaye məhəllələrinin, aqroparkların idarətməsinin təkmilləşdirilməsi məqsədilə ölkə prezidentinin 22 yanvar 2021-ci il tarixli fərmanı ilə yaradılıb, 21 dekabnda prezidentin müvafiq fərmanı ilə onun Nizamnaməsi təsdiq edilib.

Göstərilən bu yüksək etimada görə sədr və üzvlər dövlət başçısına minnətdarlıqlarını bildiriblər. Qeyd edilib ki, MŞ qabaqcıl təcrübə və müasir idarəetmə tələbləri çərçivəsində Agentliyin fəaliyyətində səmərəliliyi artırmaq, onun idarətməsini müasir korporativ idarəetmə standartları nəzərə almaqla təkmilləşdirmək istiqamətində fəaliyyət göstərəcək.

İclasda E.Nuriyev ötən il sənaye zonalarında və aqroparklarda görülmüş işlər barədə məlumat verib, qurumun illik fəaliyyətinə dair hesabat dinlənilib, cari il üçün qarşıya qoyulmuş prioritet inkişaf istiqamətləri, təşkilati-inzibati məsələlərlə bağlı müzakirələr aparılıb.

Sonda Agentliyin strukturunun formalaşdırılması və digər zəruri hüquqi prosedurların tamamlanması ilə bağlı müvafiq qərarlar qəbul edilib.

Son xəbərlər

Orphus sistemi