İqtisadi Elmi Tədqiqat İnstitutu ötən ili zərərlə başa vurub

İqtisadi Elmi Tədqiqat İnstitutu ötən ili zərərlə başa vurub İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutu ötən ili 299 min manat zərərlə başa vurub.
Maliyyə
11 Dekabr , 2024 15:46
İqtisadi Elmi Tədqiqat İnstitutu ötən ili zərərlə başa vurub

İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutu 2023-cü ili 299 min manat zərərlə başa vurub.

“Report” İnstitutun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 3,5 % azdır.

Ötən il İqtisadi Elmi Tədqiqat İnstitutunun əsas əməliyyat gəlirləri 64 min manat (əvvəlki il olmayıb), qeyri-əməliyyat gəlirləri 2,126 milyon manat (əvvəlki ilə nisbətən 2,7 dəfə çox) ümumi-inzibati xərcləri 2,206 milyon manat (2,7 dəfə çox), torpaq, tikili və avadanlıqlar üzrə amortizasiya xərcləri isə 283 min manat (6,3 % az) təşkil edib.

Bu il yanvarın 1-nə İqtisadi Elmi Tədqiqat İnstitutunun aktivləri 5,223 milyon manat olub. Bu da illik müqayisədə 3,8 % azdır. Hesabat dövründə İnstitutun öhdəlikləri 4,1 % artaraq 1,592 milyon manat, balans kapitalı isə 6,9 % azalaraq 3,63 milyon manat, o cümlədən nizamnamə kapitalı 0,7 % artaraq 4,24 milyon manat olub.

İqtisadi Elmi Tədqiqat İnstitutu Prezident İlham Əliyevin 26 iyun 2021-ci il tarixli “İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” fərmanına dəyişikliklə bağlı imzaladığı sərəncama əsasən nazirliyin tabeliyindəki İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun əsasında yaradılıb.

Son xəbərlər

Orphus sistemi