İpoteka və Kredit Zəmanət Fondu media nümayəndələri üçün təlim keçirib

İpoteka və Kredit Zəmanət Fondu media nümayəndələri üçün təlim keçirib ​​​​​​​İpoteka və Kredit Zəmanət Fondunun təşkilatçılığı ilə media nümayəndələri arasında Azərbaycanda həyata keçirilən yaşayış maliyyəsi və sahibkarlığa dəstək alətləri barədə məlumatlılıq səviyyəsinin artırılması məqsədi ilə birgünlük təlim keçirilib.
Maliyyə
25 Dekabr , 2024 15:58
İpoteka və Kredit Zəmanət Fondu media nümayəndələri üçün təlim keçirib

İpoteka və Kredit Zəmanət Fondunun təşkilatçılığı ilə media nümayəndələri arasında Azərbaycanda həyata keçirilən yaşayış maliyyəsi və sahibkarlığa dəstək alətləri barədə məlumatlılıq səviyyəsinin artırılması məqsədi ilə birgünlük təlim keçirilib.

"Report" xəbər verir ki, təlim iştirakçılarına Azərbaycanda əhalinin mənzil təminatının yaxşılaşdırılması məqsədilə həyata keçirilən ipoteka kreditləşməsi və satmaq öhdəliyi ilə kirayə mexanizmi barədə ətraflı məlumat verilib, jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Bildirilib ki, həm ipoteka kreditləşməsi, həm də satmaq öhdəliyi ilə kirayə mexanizmi vasitəsilə ümumilikdə 60 minə yaxın ailə özünün mənzil şəraitini yaxşılaşdırıb ki, onların da 70 %-dən çoxunu gənclər təşkil edir.

Media nümayəndələrinə həmçinin Fondun həyata keçirdiyi sahibkarlığa dəstək alətləri təqdim edilib. Bildirilib ki, indiyədək Fondun zəmanəti ilə sahibkarlara 540 milyon manatdan çox kredit verilib ki, onların da hesabına 7 minə yaxın yeni iş yerinin açılması nəzərdə tutulub.

Təlimin sonunda media nümayəndələrinə sertifikatlar təqdim edilib.

Son xəbərlər

Orphus sistemi