İpoteka və Kredit Zəmanət Fondu investisiya şirkəti seçir

İpoteka və Kredit Zəmanət Fondu investisiya şirkəti seçir İpoteka və Kredit Zəmanət Fondu qiymətli kağızlarla aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi üçün açıq tender elan edib.
Maliyyə
22 Yanvar , 2021 09:26
İpoteka və Kredit Zəmanət Fondu investisiya şirkəti seçir

İpoteka və Kredit Zəmanət Fondu qiymətli kağızlarla aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 200 manatdır.

İddiaçılar ilkin sənədləri fevralın 17-si, saat 10:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə fevralın 25-i, saat 17:00-a qədər dövlət satınalmalarının vahid internet Portalı vasitəsi ilə təqdim edə bilərlər. Əlaqələndirici şəxs Fondun Xəzinədarlıq departamentinin Risklərin idarə olunması şöbəsinin aparıcı mütəxəssisi Ünal Məmmədovdur. Telefon: (012) 441-24-23 (daxili 157).

Tenderin nəticəsi fevralın 26-da, saat 10:00-da portalda açıqlanacaq.

Xidmət yaxın 3 il ərzində göstərilməlidir.

Son xəbərlər

Orphus sistemi