“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
- 23 avqust, 2021
- 06:41
Yeniliklərdən dərhal xəbərdar olun!
"InvestAZ" İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR
Amerika iqtisadiyyatı fonunda risklərin artması, EUR/USD məzənnəsində də bahalaşmasına səbəb olur. Beləliklə, avro 1,7 ABŞ dolların üzərində qaldıqca, tələbin artacağı və 1,18 ABŞ dollara kimi bahalaşacağı proqnozlaşdırılır.
Bununla yanaşı, bazar ertəsi Bakı vaxtı ilə saat 12:00-da avrozonadan sənaye və xidmət sektorlarına dair dərc ediləcək önəmli fundamental göstəricilər də investorların diqqət mərkəzindədir.
GBP
GBP/USD məzənnəsində də başlayan bahalaşma, 1,38 ABŞ dollarına kimi davam edə bilər.
İngiltərədən də bu gün Bakı vaxtı ilə saat 12:30-da sənaye və xidmət sektorları ilə bağlı biznes aktivliyi indeksləri dərc ediləcəkdir.
TRY
USD/TRY məzənnəsi də qlobal bazarların təsiri altında dalğalanmaqdadır. Son həftə ərzində 8,56 TL-yə yüksələn dolların yenidən 8,38 lirəyə düşəcəyi ehtimal edilir.
OIL
Dolların düşməsi xammal bazarlarında əmtəə qiymətlərin də yüksəlməsinə səbəb ola bilər. Təhlillərə əsasən, Brent neftinin bir bareli yenidən 72 ABŞ dollarına kimi dəyər qazana bilər.
Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD
Qızılın da dəstək gördüyü müşahidə edilir və 1787 ABŞ dolla$-ın (57.5 $/qram) qırılması ilə trendin 1828$-a (58.8 $/qram) kimi davam edə bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti”nin fəaliyyətini Azərbaycan Mərkəzi Bankı tənzimləyir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərir.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.