“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz "InvestAZ" İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib
Maliyyə
28 İyun , 2021 12:08
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

"InvestAZ" İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR

Avrozonada inflyasiyanın yenidən 2 %-ın altına düşəcəyi proqnozlaşdırıldığı üçün EUR/USD məzənnəsi də yenidən təzyiq altında qala bilər. Beləliklə, son günlər 1,19 ABŞ dolları ətrafında korreksiya edən avronun qiyməti 1,18 ABŞ dollara kimi ucuzlaşa bilər.

Bununla yanaşı, cümə günü Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaq Amerikanın əmək bazarına dair önəmli fundamental göstəricilər də investorların diqqət mərkəzindədir.

GBP

İngiltərədə də korona infeksiyaların artması xəbərləri, iqtisadi qeyri-müəyyənliyi artırmaqla bərabər, funt sterlinqin də ucuzlaşmasına səbəb olur. Son günlər yenidən ucuzlaşan GBP/USD məzənnəsi hazırda 1,39 ABŞ dolların altında ticarət edilməkdədir və 1,37 ABŞ dollara kimi dəyər itirə bilər.

TRY

Bütün valyuta bazarlarında tendenisyaya uyğun olaraq, USD/TRY məzənnəsində də bahalaşma müşahidə edilir və bahalaşmanın 9 TL-yə kimi davam edəcəyi proqnozlaşdırılır.

OIL

İrana qarşı neft ixracı sanksiyaların aradan qaldırılmasına dair xəbərlər, bazarda təklifin artması fonunda qiymətlərin də bahalaşması dinamikası zəifləmişdir. Lakin təhlillərə əsasən, Brent neftinin 80 ABŞ dollarına kimi dəyər qazanacağı proqnozlaşdırılır.

Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.

GOLD

FED-in siyasətini sərtləşdirəcəyinə dair ehtimallar, qızılın da ucuzlaşmasına səbəb olur. Beləliklə, 1 766 ABŞ dolların (56,8 ABŞ dolları /qram) qırılması ilə 1 706 ABŞ dollara (54,9 ABŞ dollara/qram) kimi ucuzlaşmanın da şahidi ola bilərik.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin

Analitika Departamenti

“İnvest-AZ İnvestisiya Şirkəti”nin fəaliyyətini Azərbaycan Mərkəzi Bankı tənzimləyir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərir.

_________________________________________________________________________

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Son xəbərlər

Orphus sistemi