“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz "InvestAZ İnvestisiya Şirkəti" QSC-nin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddətdə gözlənilənlərlə bağlı məlumat verib.
Maliyyə
22 Noyabr , 2021 10:57
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

"InvestAZ İnvestisiya Şirkəti" QSC-nin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddətdə gözlənilənlərlə bağlı məlumat verib.

EUR

Avropada infeksiyaların yenidən artması fonunda iqtisadi risklərin artması narahatlığı EURUSD məzənnəsinin 16 ayın minimumlarında ticarət olunmasına səbəb olur. Təhlillərə əsasən, minimumlar 1.12$ ilə yenilənə bilər.

Çərşənbə axşamı Bakı vaxtı ilə saat 13:00-da Avrozonın xidmət və sənaye sektorlarında biznes aktivliyi indekslərinin açıqlanması da investorların diqqət mərkəzindədir.

GBP

GBPUSD məzənnəsi də dəstək görən dollar indeksi fonunda təzyiq altındadır. Neft qiymətlərində korreksiya da funt sterlinqin ucuzlaşmasına təsir edən səbəblər arasındadır. Beləliklə, GBPUSD kursu 1.32$-a kimi düşə bilər.

TRY

USDTRY məzənnəsi TCMB-nin faiz azaldılması qərarı ilə yanaşı, inflyasiya proqnozları fonunda da yüksəlir və hazırda 11TL-nin üzərində ticarət edilir. Gələn həftə üzrə açıqlanacaq inflyasiya məlumatlarında isə 20%-ın üzərində artım ehtimal edilir. Yayımlanan göstəricilər daha yüksək olacağı təqdirdə, lirədə ucuzlaşma 12TL-yə kimi davam edə bilər.

OIL

Enerji birjalarında Brent neftin qiymətində müşahidə edilən korreksiyanın 76$-a kimi dərinləşəcəyi proqnozlaşdırılır.

Çərşənbə günü saat 19:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.

GOLD

Əlvan metallar bazarlarında qızılın qiymətində son bahalaşma dalğası fonunda korreksiya müşahidə edilir. Bu, 1832$-ı (58.9$/qram) və 1818$-a (58.5$/qram) kimi davam edə bilər.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti”nin

Analitika Departamenti

“İnvest-AZ İnvestisiya Şirkəti”nin fəaliyyətini Azərbaycan Mərkəzi Bankı tənzimləyir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərir.

Risk bildirişi

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Son xəbərlər

Orphus sistemi