“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz "Invest-AZ İnvestisiya Şirkəti" QSC-nin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddətdə gözlənilənlərlə bağlı məlumat verib.
Maliyyə
18 Oktyabr , 2021 10:58
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

"Invest-AZ İnvestisiya Şirkəti" QSC-nin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddətdə gözlənilənlərlə bağlı məlumat verib.

EUR

Amerikada Avropa ilə müqayisədə monetar siyasətin sərtləşdirilməyə başlanılması EURUSD məzənnəsini də təzyiq altında saxlayır. Təhlillərə əsasən, avro 1.16$-ın altında qaldıqca, 1.14$-a kimi də ucuzlaşa bilər.

Bununla yanaşı, cümə günü Bakı vaxtı ilə saat 12:00-da Avrozonada sənaye və xidmət sektorlarında biznes aktivliyini ölçən indeksin dərc edilməsi də investorların diqqət mərkəzindədir.

GBP

GBPUSD də 1.38$-a kimi korreksiya etdikdən sonra yenidən ucuzlaşmağa başlayıb. 1.37$-ın qırılması ilə funt sterlinq 1.35$-a kimi dəyər itirə bilər.

Cümə günü saat 12:30-da İngiltərədən də biznes aktivliyi indekslərin yayımlanması gözlənilir.

TRY

USDTRY məzənnəsi də cümə axşamı saat 15:00-da TCMB tərəfindən dərc ediləcək yeni faiz qərarı öncəsi ucuzlaşmaqda davam edir. Hazırda 9.27TL-yə ticarət edilən məzənnə 9.50TL-yə kimi də yüksələ bilər.

OIL

Enerji birjalarında neftə olan tələbin artması ilə Brent nefti son 3 ilin maksimumunu yeniləməkdə davam edir. 86$-ın qırılması ilə 94$-a kimi də dəyər qazanacağı proqnozlaşdırılır.

Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.

GOLD

Foreks bazarlarında dolların bahalaşması, qızılı da təzyiq altında saxlayır. Burada isə bir unsiya üzrə qiymət 1737$-a (55.9$/qram) düşə bilər.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti”nin

Analitika Departamenti

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin fəaliyyətini Azərbaycan Mərkəzi Bankı tənzimləyir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərir.

Risk bildirişi

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Son xəbərlər

Orphus sistemi