“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz "Invest-AZ İnvestisiya Şirkəti" QSC-nin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddətdə gözlənilənlərlə bağlı məlumat verib.
Maliyyə
14 İyun , 2021 11:19
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

"Invest-AZ İnvestisiya Şirkəti" QSC-nin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddətdə gözlənilənlərlə bağlı məlumat verib.

EUR

Amerika Mərkəzi Bankının (FED) siyasətini sərtləşdirməyə başlaya biləcəyi proqnozları EURUSD məzənnəsinin də ucuzlaşmasına səbəb olur. Hazırda 1.21$-a ticarət edilən avronun qiyməti, beləliklə, 1.20$-a kimi də düşə bilər.

FED-in yeni açıqlamaları isə çərşənbə günü Bakı vaxtı ilə saat 22:00-da faiz qərarının dərc edilməsindən yarımsaat sonra olacaqdır.

GBP

GBPUSD məzənnəsi də dollar indeksindən asılı olaraq 1.41$-a ticarət edilir və 1.40$-a kimi ucuzlaşacağı proqnozlaşdırılır.

Bununla yanaşı, Şimali İrlandiya ilə sərhəd mövuzunda İngiltərə ilə AB arasında mübahisələrin həllinə dair danışıqlar da investorların diqqət mərkəzindədir.

TRY

TCMB-nin cümə axşamı saat 15:00-da yayımlanacaq faiz qərarı öncəsi lirədə bahalaşma müşahidə edilir. Təhlllərə əsasən, bankın qərarına kimi USDTRY məzənnəsinin 8.30 - 8.50TL aralığında dalğalanacağı ehtimal edilir.

OIL

Amerikada neft ehtiyatlarının azalması xəbərlərindən sonra Brentin qiyməti bahalaşmaqda davam edir. Hazırda 73$-ın üzərində ticarət edilən bir barel qiymət, 78$-a kimi dəyər qazana bilər.

Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.

GOLD

FED-in mümkün qərarına dair ehtimallar əlvan metallar bazarlarında qızılın da qiymətinə təsir etməkdədir. Belə ki, 1855$-ın (59.6 $/qram) qırılması ilə 1825$-a (58.7 $/qram) kimi ucuzlaşmanın da şahidi ola bilərik.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti”nin

Analitika Departamenti

“İnvest-AZ İnvestisiya Şirkəti”nin fəaliyyətini Azərbaycan Mərkəzi Bankı tənzimləyir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərir.

Risk bildirişi

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Son xəbərlər

Orphus sistemi