“İnvest-AZ İnvestisiya Şirkəti” ötən il 2 milyon manatdan çox xalis mənfəət əldə edib
- 19 mart, 2025
- 11:04
Yeniliklərdən dərhal xəbərdar olun!
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC 2024-cü ili 2,29 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 4,3 % azdır.
Ötən il “İnvest-AZ"ın vergiyəqədərki mənfəəti 2,849 milyon manat (əvvəlki ilə nisbətən 6,4 % az), mənfəət vergisi ödəmələri isə 558 min manat (14,4 % az) təşkil edib.
Bu il yanvarın 1-nə “İnvest-AZ"ın aktivləri 43,683 milyon manat olub ki, bu da illik müqayisədə 28,1 % çoxdur. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 29,1 % artaraq 35,308 milyon manata, balans kapitalı isə 24,2 % artaraq 8,376 milyon manata çatıb.
Xatırladaq ki, “İnvest-AZ" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 3 milyon manatdır. İnvestisiya şirkətinin səhmdarları Elşən Quliyev və Ceyhun Abdullayevdir.