“İnvest-AZ İnvestisiya Şirkəti”nin xalis mənfəəti 9% artıb

Maliyyə
  • 03 mart, 2022
  • 06:20
“İnvest-AZ İnvestisiya Şirkəti”nin xalis mənfəəti 9% artıb

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC 2021-ci ili 1,242 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 9,4% çoxdur.

Ötən il “İnvest-AZ"ın vergiyəqədərki mənfəəti 1,557 milyon manat (əvvəlki ilə nisbətən 6,9% çox), mənfəət vergisi ödəmələri isə 314 min manat (1,9% az) təşkil edib.

Bu il yanvarın 1-nə “İnvest-AZ"ın aktivləri 14,498 milyon manat olub ki, bu da illik müqayisədə 26,5% çoxdur. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 41,9% artaraq 10,655 milyon manata çatıb, balans kapitalı isə 2,6% azalaraq 3,842 milyon manata düşüb.

Xatırladaq ki, “Invest-AZ” 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 2,255 milyon manatdır. İnvestisiya şirkətinin səhmlərinin 73,98%-i Elşən Quliyevə, 26,02%-i isə Ceyhun Abdullayevə məxsusdur.

44 filmi