“İnvest-AZ İnvestisiya Şirkəti”nin xalis mənfəəti 28 % artıb
- 30 mart, 2023
- 09:57
Yeniliklərdən dərhal xəbərdar olun!
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC 2022-ci ili 1,589 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 27,9 % çoxdur.
Ötən il “İnvest-AZ"ın vergiyəqədərki mənfəəti 2,03 milyon manat (əvvəlki ilə nisbətən 30,4 % çox), mənfəət vergisi ödəmələri isə 441 min manat (40,4 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə “İnvest-AZ"ın aktivləri 27,251 milyon manat olub ki, bu da illik müqayisədə 88 % çoxdur. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 2,1 dəfə artaraq 22,509 milyon manata, balans kapitalı isə 23,4 % artaraq 4,742 milyon manata, o cümlədən nizamnamə kapitalı 25,9 % artaraq 2,839 milyon manata çatıb.
Xatırladaq ki, “İnvest-AZ" 2006-cı ildə yaradılıb. İnvestisiya şirkətinin səhmlərinin 73,98 %-i Elşən Quliyevə, 26,02 %-i isə Ceyhun Abdullayevə məxsusdur.