“International Leasing” maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 12 avqust, 2025
  • 14:59
“International Leasing” maliyyə vəziyyətini açıqlayıb

“International Leasing” ASC 2024-cü ili 308 min manat xalis mənfəətlə başa vurub.

“Report” səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 102,7 dəfə çoxdur.

Ötən il “International Leasing”in vergiyəqədərki mənfəəti 388 min manat (əvvəlki ilə nisbətən 97 dəfə çox), mənfəət vergisi ödəmələri isə 79 min manat (93,7 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “International Leasing”in aktivləri 2,558 milyon manat olub ki, bu da illik müqayisədə 4,3 dəfə çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 2,3 dəfə artaraq 1,247 milyon manata, balans kapitalı isə 24,8 dəfə artaraq 1,312 milyon manata, o cümlədən nizamnamə kapitalı 20 dəfə artaraq 1 milyon manata çatıb.

“İnternational Leasing” 2021-ci ildə yaradılıb. Onun səhmlərinin 45 %-i Nicat Həsənova, 45 %-i onun qardaşı Rifat Həsənova, 10 %-i isə Leyla Cabbarovaya məxsusdur. Onlar həm də "Express Lombard" ASC-nin eyni nisbətdə səhmdarlarıdır. Bundan başqa, R.Həsənov “International” ASC bank olmayan kredit təşkilatının (BOKT) yeganə səhmdarıdır. Bu kredit təşkilatının İdarə Heyətinin sədri isə N.Həsənovdur.

Son xəbərlər

Bütün Xəbər Lenti