“International” BOKT-un xalis mənfəəti kəskin artıb

“International” BOKT-un xalis mənfəəti kəskin artıb Kredit təşkilatı 2020-ci ili 202 min manat xalis mənfəətlə başa vurub
Maliyyə
27 May , 2021 15:59
“International” BOKT-un xalis mənfəəti kəskin artıb

“International” QSC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 202 min manat xalis mənfəətlə başa vurub.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 14,5 dəfə çoxdur.

Ötən il “International”ın vergiyəqədərki mənfəəti 270 min manat (əvvəki ilə nisbətən 10,8 dəfə çox), mənfəət vergisi ödəmələri isə 68,5 min manat (6,3 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “International”ın aktivləri 14,733 milyon manat olub ki, bu da illik müqayisədə 39,7% çoxdur. Bunun 12,404 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə BOKT-un kredit portfeli 32,6% böyüyüb.

Hesabat dövründə “International”ın öhdəlikləri 20,3% artaraq 11,76 milyon manata, balans kapitalı isə 3,85 dəfə artaraq 2,973 milyon manata, o cümlədən nizamnamə kapitalı 3 dəfə artaraq 3 milyon manata çatıb.

Xatırladaq ki, “International” 2013-cü ildə yaradılıb. BOKT-un səhmdarı 100% Rifat Həsənovdur.

Son xəbərlər

Orphus sistemi