“İnternational" BOKT-un istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Maliyyə
  • 13 avqust, 2025
  • 17:17
“İnternational BOKT-un istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Avqustun 20-də "Bakı Fond Birjası" QSC-də (BFB) “İnternational" QSC bank olmayan kredit təşkilatının (BOKT) 1 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

"Report" bu barədə Birjaya istinadən xəbər verir.

Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 10 000 ədəd, yəni 1 milyon manatlıq istiqraz rəqabətli hərrac üsulu ilə yerləşdiriləcək və 36 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 18 %-dir. Faizlər aylıq ödəniləcək.

Prosesin anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.

“International” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 8 milyon manatdır. BOKT-un səhmdarı 100 % Rifat Həsənovdur. O, həm də "International Leasing" və "Express Lombard" ASC-lərin hər birində 45 % pay sahibidir.

Son xəbərlər

Bütün Xəbər Lenti