İnnovasiya və Təchizat Mərkəzi sığortaçı seçib
- 20 dekabr, 2021
- 07:27
Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi anbar sahələrində olan mal-material dəyərlilərinin sığorta olunması ilə bağlı elan etdiyi təkliflər sorğusuna yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi “Qala Sığorta” ASC-dir.
Qalib şirkətə 85 min manat ödəniləcək.
Xatırladaq ki, "Qala Sığorta" 1999-cu ildən fəaliyyət göstərən "Çartis Azərbaycan" şirkətinin bazasında yaradılıb. Hazırda onun nizamnamə kapitalı 8,05 milyon manatdır. 2021-ci ilin yanvar-oktyabr aylarında “Qala Sığorta” 37,88 milyon manat məbləğində sığorta haqları toplayıb, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 46,8 % çoxdur. Bu dövr ərzində şirkətin sığorta ödənişləri 65,4 % artaraq 4,477 milyon manat təşkil edib.