“İnkişaf üçün maliyyə” BOKT-un xalis mənfəəti artıb

Maliyyə
  • 31 may, 2023
  • 13:15
“İnkişaf üçün maliyyə” BOKT-un xalis mənfəəti artıb

“İnkişaf üçün maliyyə” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci ili 1,07 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 4,4 dəfə çoxdur.

Ötən il “İnkişaf üçün maliyyə”nin vergiyəqədərki mənfəəti 1,159 milyon manat (əvvəlki ilə nisbətən 5,2 dəfə çox), mənfəət vergisi ödəmələri isə 89 min manat (əvvəlki il qənaət edib) təşkil edib.

Bu il yanvarın 1-nə “İnkişaf üçün maliyyə”nin aktivləri 9,424 milyon manat olub ki, bu da illik müqayisədə 23 % çoxdur. Bunun 8,828 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2022-ci ildə BOKT-un kredit portfeli 27,9 % böyüyüb.

Hesabat dövründə “İnkişaf üçün maliyyə”nin öhdəlikləri 31,6 % artaraq 2,893 milyon manata, balans kapitalı isə 19,6 % artaraq 6,531 milyon manata çatıb.

Xatırladaq ki, “İnkişaf üçün maliyyə” 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. BOKT-un təsisçisi 100% Böyük Britaniyanın “Oksfam” təşkilatıdır.

Son xəbərlər

Bütün Xəbər Lenti