“İnkişaf üçün maliyyə” BOKT ötən ili zərərlə başa vurub

“İnkişaf üçün maliyyə” BOKT ötən ili zərərlə başa vurub “İnkişaf üçün maliyyə” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 106 min manat xalis zərələ başa vurub. Halbuki, BOKT 2019-cu ildən 3,34 milyon manat xalis mənfəətlə çıxmışdı.
Maliyyə
31 May , 2021 16:12
“İnkişaf üçün maliyyə” BOKT ötən ili zərərlə başa vurub

“İnkişaf üçün maliyyə” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 106 min manat xalis zərərlə başa vurub. Halbuki, BOKT 2019-cu ildən 3,34 milyon manat xalis mənfəətlə çıxmışdı.

“Report” xəbər verir ki, ötən il “İnkişaf üçün maliyyə”nin vergiyəqədərki zərəri 112 min manat (əvvəlki il mənfəət olub), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 6 min manat (təxminən 14 dəfə az) təşkil edib.

Bu il yanvarın 1-nə “İnkişaf üçün maliyyə”nin aktivləri 9,786 milyon manat olub ki, bu da illik müqayisədə 9,3% çoxdur. Bunun 4,631 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə BOKT-un kredit portfeli 8,8% kiçilib.

Hesabat dövründə “İnkişaf üçün maliyyə”nin öhdəlikləri 26% artaraq 4,569 milyon manat, balans kapitalı isə 2% azalaraq 5,217 milyon manat, o cümlədən nizamnamə kapitalı təxminən 43 dəfə artaraq 300 min manat olub.

Xatırladaq ki, “İnkişaf üçün maliyyə” 2002-ci ildə yaradılıb. BOKT-un təsisçisi 100% Böyük Britaniyanın “Oksfam” təşkilatıdır.

Son xəbərlər

Orphus sistemi