ING Azərbaycanda bu il üçün iqtisadi artım proqnozunu artırıb

ING Azərbaycanda bu il üçün iqtisadi artım proqnozunu artırıb Niderlandın "ING Group" şirkəti 2024-cü il üçün Azərbaycanda iqtisadi artım üzrə proqnozunu 4,2 %, 2025-ci ildə 2,6 %, 2026-cı ildə isə 2,8 % səviyyəsində müəyyən edib.
Maliyyə
5 Dekabr , 2024 13:38
ING Azərbaycanda bu il üçün iqtisadi artım proqnozunu artırıb

Niderlandın "ING Group" şirkəti 2024-cü il üçün Azərbaycanda iqtisadi artım üzrə proqnozunu 4,2 %, 2025-ci ildə 2,6 %, 2026-cı ildə isə 2,8 % səviyyəsində müəyyən edib.

Bu barədə “Report” şirkətin açıqladığı proqnozlara istinadən xəbər verir. Bundan öncəki proqnoza nisbətən 2024-cü il üçün gözləntilər 0,7 faiz bəndi artıb, 2025-ci il və 2026-cı il üçün isə dəyişməyib.

Hesabata əsasən, 2024-cü ilin dördüncü rübündə ÜDM artımı üçüncü rübdəki 5,4 % qarşı 3 % səviyyəsində proqnozlaşdırılır. Həmçinin 2025-ci ilin birinci rübündə iqtisadi artım proqnozu 2 %, ikinci rübdə 2,5 %, üçüncü və dördüncü rübdə isə 3 % səviyyəsində nəzərdə tutulub. 2026-cı ilin son rübündə isə iqtisadi artımın 2 % təşkil edəcəyi proqnozlaşdırılır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda ÜDM istehsalı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,9 % artıb.

Azərbaycan hökumətinin proqnozlarına görə, 2024-cü ildə ÜDM-in artımı 4,2 %, 2025-ci ildə 3,5 %, 2026-cı ildə 2,8 %, 2027-ci ildə 3,8 %, 2028-ci ildə 3,3 % səviyyəsində gözlənilir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) proqnozlarına görə, bu il Azərbaycanda ÜDM-in artımı 3,8 %, 2025-ci ildə 2,8 % təşkil edəcək.

Dünya Bankının qiymətləndirmələrinə görə, Azərbaycanda ÜDM istehsalının bu il 3,2 %, 2025-ci ildə 2,7 %, 2026-cı ildə isə 2,4 % artacağı gözlənilir.

Beynəlxalq Valyuta Fondu (IMF) bu il Azərbaycanda ÜDM artımını 3,2 %, 2025-ci ildə 2,5 %, 2029-cu ildə isə 2,4 % səviyyəsində proqnozlaşdırır.

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) proqnozuna görə, 2024-cü ildə Azərbaycanda ÜDM artımı 3,1 %, 2025-ci ildə isə 2,7 % olacaq.

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda 2024-cü ildə iqtisadi artım proqnozunu 2,7 %, gələn ildə isə 2,6 % səviyyəsində proqnozlaşdırılır.

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin proqnozlarına görə, 2024-cü ildə Azərbaycanın ÜDM-i 2,5 %, 2025-ci ildə 2 %, 2026-cı ildə 1,5 %, 2027-ci ildə isə 1,5 % təşkil edəcək.

“Moody’s” beynəlxalq reytinq agentliyi isə Azərbaycanın real ÜDM artımının 2023-cü ildəki 1,1 %-dən 2024-cü ildə 2,1 %-ə qədər sürətlənəcəyini proqnozlaşdırır.

“Fitch Ratings” beynəlxalq reytinq agentliy ölkə iqtisadiyyatının bu il 3,2 %-ə qədər bərpa olunacağı, lakin gələn il 2,7 %-ə, 2026-cı ildə isə 2,3 %-ə qədər yavaşlayacağını proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi