ING Azərbaycanda 2026-cı ilin ortasınadək uçot dərəcəsinin dəyişdirilməsini gözləmir

ING Azərbaycanda 2026-cı ilin ortasınadək uçot dərəcəsinin dəyişdirilməsini gözləmir Niderlandın “ING Group” şirkəti Azərbaycan Mərkəzi Bankının (AMB) 2025-ci ilin sonunadək uçot dərəcəsini 7,25 % səviyyəsində proqnozlaşdırır.
Maliyyə
22 Yanvar , 2025 10:11
ING Azərbaycanda 2026-cı ilin ortasınadək uçot dərəcəsinin dəyişdirilməsini gözləmir

Niderlandın “ING Group” şirkəti Azərbaycan Mərkəzi Bankının (AMB) 2025-ci ilin sonunadək uçot dərəcəsini 7,25 % səviyyəsində proqnozlaşdırır.

"Report" bu barədə “ING Group”a istinadən xəbər verir.

Şirkət AMB-nin uçot dərəcəsinin 2026-cı ilin ortasınadək bu səviyyədə saxlanılmasını gözləyir, üçüncü rübdə 7,5 %-ə, dördüncü rübdə isə 7,75 %-dək artacağını ehtimal edir. Bundan öncəki proqnozda gələn il üçün bu göstərici 7,75 % səviyyəsində olacağı gözlənilirdi.

Bu gün Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 7,25 % saxlanılması barədə qərar qəbul edib.

Son xəbərlər

Orphus sistemi