İqtisadiyyat Nazirliyinə məxsus "İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi" MMC könüllü tibbi sığorta xidməti üzrə açıq tender elan edib.
“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 150 manatdır.
İddiaçılar ilkin sənədləri iyunun 21-I, saat 16:30-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə iyulun 4-ü, saat 16:30-a qədər şirkətin Bakı şəhəri, Heydər Əliyev prospekti, 139A ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.
Təkliflərə iyulun 5-də, saat 16:30-da qeyd olunan ünvanda baxılacaq.