İMF: Regionun iqtisadiyyatı şaxələndirilməlidir

İMF: Regionun iqtisadiyyatı şaxələndirilməlidir Cari ilin əvvəlindən Beynəlxalq Valyuta Fondu (İMF) Yaxın Şərq və Mərkəzi Asiya ölkələrinə bütövlükdə 17 milyard ABŞ dollarına yaxın həcmində maliyyə dəstək ayrılmasını təsdiqləyib.
Maliyyə
20 İyul , 2020 15:05
İMF: Regionun iqtisadiyyatı şaxələndirilməlidir

Bu ilin əvvəlindən Beynəlxalq Valyuta Fondu (İMF) Yaxın Şərq və Mərkəzi Asiya ölkələrinə bütövlükdə 17 milyard ABŞ dollarına yaxın həcmində maliyyə dəstəyi ayrılmasını təsdiqləyib.

“Report” İMF tərəfindən iyul ayına dair hazırlanan “Regional iqtisadiyyatın inkişaf perspektivləri” adlı hesabatına istinadən xəbər verir ki, həmin dəstək bəzi ölkələrə təcili maliyyələşmə şəklində, bəzi ölkələrə də təcili kredit şəklində verilir. Azərbaycana həmin proqramlar şamil olunmayıb.

İMF-in qənaətincə, maliyyə məhdudiyyətlərilə üzləşən region ölkələrinin mövcud borcları çərçivəsində ödənişlərini dayandırmalarına dair G20-in təşəbbüsü həmin ölkələrin beynəlxalq səviyyədə tədiyyə qabiliyyətini qorumaları, habelə pandemiya dövründə səhiyyə böhranına qarşı səmərəli tədbirlər görmələri baxımdan əhəmiyyətli addım ola bilər.

“Pandemiya geniş əhatəli, etibarlı sosial müdafiə sistemlərinin mühüm əhəmiyyətini bir daha göstərdi. Regionun həm təcrid tədbirlərinə davam edən, istərsə də tədricən açıqlığa qayıdan bütün ölkələrində belə sistemlər daha da genişləndirilməli, ünvanlıq dərəcələri də artırılmalıdır”, - deyə qeyd edən hesabat müəllifləri mövcud böhran səngidikdə region ölkələrində böyük paya malik qeyri-rəsmi iqtisadiyyatda çalışanların sosial müdafiəsini təmin etmək üçün rəqəmli ödənişlər sistemini təkmilləşdirməyin də vacibliyini irəli sürüblər.

Hesabat müəlliflərinə görə koronavirus pandemiyası iqlim dəyişikliyinə qarşı dünya boyu görülən tədbirlərə təkan verməklə rəqəmli texnologiyaların tətbiqini də sürətləndirəcək. Belə ki, pandemiya dövründə tətbiq edilən məsafəli iş rejimi, hərəkətlərin azalması kimi dəyişikliklərin sonrakı dövrdə də qalacağı güman olunur: “Bu baxımdan regionun neftdən asılı vəziyyətdən qurtularaq yeni iş yerlərinin açılması üçün əlverişli olan dayanıqlı iqtisadi sistemlər yaratmağa doğru hərəkəti üçün iqtisadi şaxələnmə istiqamətində addımları sürətləndirmək xüsusilə əhəmiyyətlidir”.

Son xəbərlər

Orphus sistemi