IMF Özbəkistana kreditin ayrılmasını təsdiq edib

IMF Özbəkistana kreditin ayrılmasını təsdiq edib Beynəlxalq Valyuta Fondunun (IMF) Direktorlar Şurası Özbəkistana 375 milyon ABŞ dolları həcmində kreditin ayrılmasını təsdiqləyib.
Maliyyə
19 May , 2020 07:24
IMF Özbəkistana kreditin ayrılmasını təsdiq edib

Beynəlxalq Valyuta Fondunun (IMF) Direktorlar Şurası Özbəkistana 375 milyon ABŞ dolları həcmində kreditin ayrılmasını təsdiqləyib.

“Report” xəbər verir ki, vəsait ölkənin COVID-19 pandemiyasına qarşı mübarizəsini dəstəkləmək üçün ayrılıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Son məlumata görə, koronavirus infeksiyasına yoluxanların sayı 4 890 532 nəfərə çatıb. İndiyədək COVID-19 diaqnozu qoyulan 320 120 nəfər dünyasını dəyişib, müalicə alan 1 907 317 pasiyent sağalıb. 

Son xəbərlər

Orphus sistemi