IMF: Koronavirus qlobal iqtisadi vəziyyətə çox ciddi təsir edəcək

IMF: Koronavirus qlobal iqtisadi vəziyyətə çox ciddi təsir edəcək Dünyada yayılmış koronavirus (COVID-19) infeksiyas; qlobal iqtisadiyyat üçün çox ciddi nəticələrə gətirib-çıxaracaq.
Maliyyə
484
21 Mart , 2020 11:15
IMF: Koronavirus qlobal iqtisadi vəziyyətə çox ciddi təsir edəcək

"Dünyada yayılmış koronavirus (COVID-19) infeksiyas; qlobal iqtisadiyyat üçün çox ciddi nəticələrə gətirib-çıxaracaq". 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (IMF) Strategiya, siyasət və, icmal departamentinin direktoru Martin Mühleisen bildirib.

Bununla belə, onun sözlərinə görə, dünya iqtisadiyyatı belə sarsıntılara hazırdır və mümkün böhranın öhdəsindən gəlmək iqtidarındadır.

"Qlobal iqtisadiyyatın uzun müddətdir ki, davam edən böyüməsi və yüksək səviyyəli məşğulluq iqtisadi fəaliyyətin səngiməsinə qarşı səmərəli mexanizmdir", - deyə ekspert qeyd edib. 

Son xəbərlər

Orphus sistemi