IMF Gürcüstana daha 114 milyon dollar yardım ayıracaq

IMF Gürcüstana daha 114 milyon dollar yardım ayıracaq Beynəlxalq Valyuta Fondu (IMF) Gürcüstana əlavə olaraq 113,7 milyon ABŞ dolları məbləğində maliyyə yardımının ayrılmasını təsdiqləyib.
Maliyyə
17 Dekabr , 2020 12:20
IMF Gürcüstana daha 114 milyon dollar yardım ayıracaq

Beynəlxalq Valyuta Fondu (IMF) Gürcüstana əlavə olaraq 113,7 milyon ABŞ dolları məbləğində maliyyə yardımının ayrılmasını təsdiqləyib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat və dayanıqlı inkişaf naziri səlahiyyətlərini icra edən Natia Turnava bildirib.

O, IMF-nin Gürcüstanın ənənəvi və etibarlı tərəfdaşı olduğunu deyib.

N.Turnava qeyd edib ki, gələn il Gürcüstan iqtisadiyyatının bərpası ili olacaq və ən azı 4,3% iqtisadi artım gözlənilir.

Son xəbərlər

Orphus sistemi