IMF: Bu il Gürcüstan iqtisadiyyatı 5% kiçiləcək

IMF: Bu il Gürcüstan iqtisadiyyatı 5% kiçiləcək 2020-ci ildə Gürcüstan iqtisadiyyatında 2019-cu illə müqayisədə 5% kiçilmə olacağı gözlənilir.
Maliyyə
14 Oktyabr , 2020 11:38
IMF: Bu il Gürcüstan iqtisadiyyatı 5% kiçiləcək

2020-ci ildə Gürcüstan iqtisadiyyatında 2019-cu illə müqayisədə 5% kiçilmə olacağı gözlənilir.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) yeni proqnozunda bildirilir.

Qurum 2021-ci ildə isə qonşu ölkədə ümumi daxili məhsulun 2020-ci ilə nisbətən 5% artacağını gözləyir.

Fondun proqnozu Gürcüstan hökumətinin gələn ilin dövlət büdcəsi layihəsndəki iqtisadi artımla bağlı proqnozu ilə üst-üstə düşür.

Son xəbərlər

Orphus sistemi