IMF Azərbaycanın cari əməliyyatlar üzrə proqnozunu artırıb

IMF Azərbaycanın cari əməliyyatlar üzrə proqnozunu artırıb Bu il Azərbaycanın cari əməliyyatlar balansının ümumi daxili məhsula (ÜDM) nisbəti 7,8 % səviyyəsində reallaşması gözlənilir.
Maliyyə
12 Oktyabr , 2021 18:05
IMF Azərbaycanın cari əməliyyatlar üzrə proqnozunu artırıb

Bu il Azərbaycanın cari hesab balansının profisiti ümumi daxili məhsula (ÜDM) nisbəti 7,8 % səviyyəsində reallaşması gözlənilir.

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) «Recovery During a Pandemic» adlı hesabatının oktyabr sayında qeyd olunur.

Sənədə əsasən, 2022-ci ildə Azərbaycanın cari hesab balansının profisiti ÜDM-yə nisbəti 7,7 % olması proqnozlaşdırılır.

Aprel proqnozunda bu göstərici müvafiq olaraq 1,1 % və 0,5 % təşkil edib.

Xatırladaq ki, Dünya Bankının Avropa və Mərkəzi Asiya ölkələri üçün yenilənmiş hesabatında, bu il Azərbaycanın cari hesab balansının profisiti ÜDM-yə nisbətdə 6,9 %, gələn il 6,4 %, 2023-cü ildə isə 4,5 % səviyyəsində proqnozlaşdırmışdı.

Maliyyə Nazirliyinin məlumatına görə, 2021-ci ildə Azərbaycanın cari əməliyyatlar balansının profisiti ÜDM-in 3,1 %-i səviyyəsində və yaxud təqribən 1,4 milyard ABŞ dolları məbləğində kəsir proqnozlaşdırılır.

"Cari və növbəti ildə ticarət balansındakı profisit cari əməliyyatlar balansındakı kəsiri tam örtə bilməyəcək. Neft qiymətlərinin müxtəlif ssenariləri üzrə proqnozlara əsasən bu il və növbəti ildə cari hesab balansında kəsir proqnozlaşdırılsa da, ortamüddətli dövrdə profisit gözlənilir ki, bu da öz növbəsində valyuta bazarında sabitliyi möhkəmləndirəcək. Bununla belə növbəti illərdən xidmətlər balansındakı kəsirin azalması cari əməliyyatlar balansında profisitin formalaşmasına artırıcı təsir göstərəcək.

Post-pandemiya dövründə neqativ təsirlərin azaldığı şəraitdə ölkə iqtisadiyyatında əsas bərpa meyilləri ilə yanaşı ixracın şaxələnmə səviyyəsinin də artması gözlənilir. Yerli istehsalın artırılması hesabına idxaldan asılılığı minimuma endirmək məqsədilə həyata keçirilən tədbirlər nəticəsində ölkədən ixrac edilən malların həcminin artacağı gözlənilir. Rəqabətqabiliyyətli qeyri-neft məhsullarının istehsalı və ixracının təşviqi sahəsində bir sıra mühüm tədbirlərin həyata keçirilməsi fonunda ortamüddətli dövr ərzindəxarici ticarət balansının mütəmadi artımı gözlənilir", - Nazirliyin məlumatında deyilir.

Son xəbərlər

Orphus sistemi