IMF ABŞ-nin yumşaq fiskal siyasətini tənqid edib

IMF ABŞ-nin yumşaq fiskal siyasətini tənqid edib Dünya birliyi ABŞ-nin daha yüksək faiz dərəcələrinə və daha yüksək borclanma xərclərinə səbəb olan yumşaq fiskal siyasətinin mənfi nəticələrini yaşamaqda davam edir.
Maliyyə
17 Aprel , 2024 20:51
IMF ABŞ-nin yumşaq fiskal siyasətini tənqid edib

Dünya birliyi ABŞ-nin daha yüksək faiz dərəcələrinə və daha yüksək borclanma xərclərinə səbəb olan yumşaq fiskal siyasətinin mənfi nəticələrini yaşamaqda davam edir.

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) Büdcə-Vergi Əlaqələri Departamentinin rəhbəri Vitor Qaspar Vaşinqtonda IMF və Dünya Bankının yaz konfransı çərçivəsində keçirdiyi brifinqdə bildirib.

“ABŞ-də yumşaq fiskal siyasət qlobal faiz dərəcələrinə yüksək təzyiq göstərir, dollar isə dünyanın qalan hissəsində maliyyələşdirmə xərclərini artırır, mövcud həssaslıqları və riskləri gücləndirir”, - o deyib.

V.Qaspar qeyd edib ki, ortamüddətli perspektivdə fiskal siyasətin müəyyən sərtləşdirilməsi proqnozlaşdırılsa da, bu, bir çox ölkədə dövlət borcunu sabitləşdirmək üçün kifayət etməyəcək.

IMF-in yenilənmiş proqnozuna görə, 2024-cü ildə qlobal dövlət borcunun səviyyəsi qlobal ÜDM-in 93,8 %-nə qədər artacaq, bundan sonra artım davam edəcək və 2029-cu ildə 98,8 %-ə çatacaq.

Son xəbərlər

Orphus sistemi