İlon Mask “Tesla”nın daha 4 milyard dollarlıq səhmlərini satıb
Maliyyə
- 09 noyabr, 2022
- 06:43
İlon Mask “Twitter”i alandan cəmi bir həftə sonra “Tesla” şirkətindəki səhmlərinin bir hissəsini satışa çıxarıb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, 4-8 noyabr tarixləri arasında sahibkar şirkətin 3,95 milyard ABŞ dolları dəyərində 19,5 milyon ədəd səhmini satıb.
Qeyd edilir ki, noyabr ayının əvvəlindən “Tesla”nın qiymətli kağızlarının dəyəri bir səhm üçün 227 ABŞ dollarından 191 ABŞ dollarına düşüb. İlin əvvəlindən Mask şirkətin 19 milyard dollarlıq səhmlərini satıb.
Xatırladaq ki, oktyabrın 27-də Mask 44 milyard ABŞ dollarına “Twitter” sosial şəbəkəsini alıb. Bundan dərhal sonra iş adamı şirkətin rəhbərliyində olan bəzi şəxsləri işdən çıxarıb. O, işçi heyəti demək olar ki, iki dəfə azaltmağı planlaşdırır.
Son xəbərlər
13:52
İngiltərə millisinin keçmiş futbolçusu Eşli Yanq karyerasını başa vurur
Futbol13:51
Foto
Qubada WUF13 Festivalı başlayıb
İnfrastruktur13:50
Bakı Mühəndislik Universiteti sığortaçı seçir
Maliyyə13:49
WUF13-ə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin növbəti monitorinqi olacaq
İnfrastruktur13:45
Foto
Növbəti köç karvanı Xocavənd kəndinə çatıb, açarlar təqdim edilib - YENİLƏNİB-2
Daxili siyasət13:31
Sahib Məmmədov: Okamponun addımları tamamilə siyasi korrupsiyadır, nüfuz alveridir
Xarici siyasət13:25
"Börnli" baş məşqçi Skott Parkerin müqaviləsini ləğv edib
Futbol13:14
COP31 Prezidenti: COP29-da qəbul edilən maliyyə hədəfinin icrası izləniləcək
COP2913:07