İlham Kələşov: "İndiyədək Azərbaycanda 930 milyon manatadək güzəştli ipoteka verilib"

İlham Kələşov: "İndiyədək Azərbaycanda 930 milyon manatadək güzəştli ipoteka verilib" Bu ilin əvvəlindən İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xəttilə 225,4 milyon manat ipoteka krediti verilib ki, bu da 2 489 ailənin mənzil şəraitini yaxşılaşdırmağa imkan verib.
Maliyyə
28 İyun , 2024 12:12
İlham Kələşov: İndiyədək Azərbaycanda 930 milyon manatadək güzəştli ipoteka verilib

Bu ilin əvvəlindən İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xəttilə 225,4 milyon manat ipoteka krediti verilib ki, bu da 2 489 ailənin mənzil şəraitini yaxşılaşdırmağa imkan verib.

“Report” xəbər verir ki, bunu İKZF-nin İpoteka kreditləşməsi üzrə direktoru İlham Kələşov “AzTV” telekanalında yayımlanan “İqtisadiyyat xəbərləri” verilişində deyib.

Onun sözlərinə görə, Fondun ayırdığı ipoteka kreditləri hesabına indiyənədək 50 300-dən çox ailə öz mənzil şəraitini yaxşılaşdırıb: “Həmin şəxslərə verilən ipoteka kreditlərinin ümumi məbləği 3 milyard 100 milyon manat təşkil edir. Verilən kreditlərin 78 %-i Bakı şəhərinin payına düşüb. Bu vaxta qədər güzəştli ipotekadan 16 600 nəfər yararlanıb. Onlar 930 milyon manatadək güzəştli ipoteka ilə təmin ediliblər".

İ. Kələşov qeyd edib ki, satma öhdəliyi ilə kirayə mənzil mexanizmindən istifadə edənlərin sayı isə 5 minə çatıb: "Bu mexanizm vasitəsilə mənzilə sahib olan şəxslərlə 4 725 kirayə müqaviləsi bağlanılıb”.

Xatırladaq ki, 2023-cü ildə ipoteka kreditləri hesabına 3 800-dən çox şəxsə 349 milyon manat məbləğində adi ipoteka kreditləri verilib. Bu il isə təqribən 350 milyon manat məbləğində adi ipoteka kreditlərinin verilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi