Oktyabrın 29-da Azərbaycan Banklar Assosiasiyası (ABA) və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ortaq vebinar təşkil edəcək.
“Report”un ABA-dan aldığı məlumata görə, bu vebinar banklar və digər maliyyə institutları, dəyər zəncirləri və kənd təsərrüfatı məhsullarının istehsalı və satışı üzrə assosiasiyalar üçün nəzərdə tutulur.
Vebinarda IFC tərəfindən icra olunan və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) tərəfindən maliyyələşdirilən “Azərbaycan İnvestisiya Mühiti və Aqrobiznesin Rəqabətliliyi Layihəsi” maliyyə təşkilatları və kənd təsərrüfatında müəyyən dəyər zəncirləri arasında keçirilən sorğunun nəticələri açıqlanacaq.
Təşkilatçılar həmçinin vebinarın banklar və digər maliyyə institutları tərəfindən ixrac yönümlü dəyər zəncirlərinin daha çox maliyyələşməsinə və inkişafına dəstək olacağına əmindir.
Tədbirdə IFC-ni aqro-maliyyə və aqro-sığorta məsələləri üzrə ekspert Andriy Zaripov və IFC Azərbaycan İnvestisiya Mühiti və Kənd əsərrüfatının Rəqabətliliyi Layihəsinin maliyyə məsləhətçisi Şamil Qədirov təmsil edəcək.